Azərbaycanın bütün ərazisində yerdaxili gərginliyin ölçülməsinə başlanılıb
18 oktyabr 2012 08:57 (UTC +04:00)
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, ölçmələrə son günlər seysmik aktivliyin yüksək olduğu Balakən rayonundan start verilib. Ərazidə RSXM-nın maqnitometriya şöbəsinin geofizikləri profillər üzrə ölçmələr aparıblar: “Ölçmələr hər bir rayon üzrə yerdaxili gərginliyin hansı vəziyyətdə olması ilə bağlı dəqiq məlumat əldə etməyə imkan verəcək. Ölçmələr bu gün Zaqatala rayonu ərazisində aparılacaq və Abşerona qədər hər bir rayon üzrə davam etdiriləcək. Daha sonra isə ölçmələr Azərbaycanın cənub rayonlarında aparılacaq”.
Q. Yetirmişli deyib ki, Balakəndə seysmik gərginlik davam etməkdədir. Oktyabrın 14-dən bu günə qədər zəlzələ ocağında 78 təkan qeydə alınıb.

Sosial
TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
18:42
22 may 2024
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024