«Muğan Bank»ın aktivləri son bir ildə 19% artıb

«Muğan Bank»ın aktivləri son bir ildə 19% artıb
# 14 avqust 2012 13:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin kredit portfelinin həcmi 2012-ci il iyulun 1-nə 191,138 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın istehlak kreditlərinin həcmi 52% artaraq 39,743 mln. manat, vaxtı keçmiş kreditlər 51% artaraq 4,736 mln. manat, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlər 26% artaraq 27,357 mln. manat, bankın öz proqramı vasitəsi ilə verilən kreditlər isə 3 dəfə artaraq 4,645 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın depozit portfelinin həcmi 22% genişlənərək 90,314 mln. manata, o cümlədən müddətli depozitlər 28% artaraq 69,873 mln. manata, tələb olunanadək depozitlər 5,4% artaraq 20,441 mln. manata, əhalidən cəlb edilən əmanətlər isə 30% artaraq 75,409 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 30 filialı, 51 bankomatı, 659 POS-terminalı və 575 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR