Qarabağ Azadlıq Təşkilatı: “Erməni musiqiçilərin Bakıda konsertinə imkan verməyəcəyik”

Qarabağ Azadlıq Təşkilatı: “Erməni musiqiçilərin Bakıda konsertinə imkan verməyəcəyik”
# 10 avqust 2012 09:42 (UTC +04:00)
QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, QAT-ın mövqeyi birmənalıdır və istənilən səviyyədə, formatda Ermənistan və Azərbaycan cəmiyyətləri arasında təmasın əleyhinədir: “Bu, yalnız ermənilərin maraqlarına xidmət edir. Çünki, belə layihələr işğal faktının unutdurulmasına və Ermənistanın işğal olunmuş ərazilərdə möhkəmlənməsinə yönəlib. Beynəlxalq mərkəzlər də ermənipərəst mövqedən çıxış edərək, bu məqsədə xidmət edirlər. Ona görə də belə layihələr təşkil olunur”.

QAT bu layihənin Bakıda reallaşdırılmasına imkan verməyəcəyini də qeyd edib: “Konsertin baş tutmaması üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu konsertə gələnlər də, işi təşkil edənlər də, peşman olacaqlar”.

Qeyd edək ki, Ermənistan Dövlət Gənclər Orkestrinin 10 musiqiçisi “I, Culture Оrchestra” layihəsi çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edəcəklər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR