Azərbaycanda sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti imtahan keçiriləcək

Azərbaycanda sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti imtahan keçiriləcək
# 13 avqust 2012 15:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Avqustun 15-də Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) «APA-Economics»ə verilən məlumata görə, sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər avqustun 14-dək DSNX ilə əlaqə saxlayaraq adı soyadı və atasının adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.

Qeyd edək ki, imtahan «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi qaydaları»na uyğun olaraq keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR