“Deutsche Bank” 1900 əməkdaşını ixtisar edəcək

“Deutsche Bank” 1900 əməkdaşını ixtisar edəcək
# 01 avqust 2012 15:56 (UTC +04:00)
Bakı – APA-Economics. Almaniyanın “Deutsche Bank”ı 1900 əməkdaşını ixtisar edəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə bankın yaydığı press-relizdə bildirilir.

İxtisarlarda məqsəd “Deutsche Bank”ın xərclərini 3 mlrd. dollar azaltmaqdır. Bankın London bölməsində 1500 nəfər ixtisar olunacaq. Ümumilikdə burada 14,6 min nəfər çalışır, bankın bütün əməkdaşlarının sayı isə 80 min nəfərə çatır.

Qeyd edək ki, bu ilin ikinci rübündə “Deutsche Bank”ın xalis mənfəəti illik müqayisədə 2 dəfədən çox azalaraq 1,2 mlrd. avrodan 661 mln. avroya enib. Öz növbəsində bankın gəlirləri də 8 mlrd. avroya qədər (6%) azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR