Keniyada kimyəvi maddələrin qaçaqmalçılığında günahlandırılan iki iranlının məhkəməsi keçiriləcək

Keniyada kimyəvi maddələrin qaçaqmalçılığında günahlandırılan iki iranlının məhkəməsi keçiriləcək
# 16 iyul 2012 23:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İyulun 23-də Keniyada kimyəvi maddələrin qaçaqmalçılığında günahlandırılan iki iranlının - Əhməd Məhəmməd və Sayed Musəvinin məhkəməsi keçiriləcək. APA-nın məlumatına görə, həmin maddələrdən islamçı yaraqlıların silsilə hücumlarına səhnə olmuş Mombasa şəhərində partlayıcı qurğularda istifadə edildiyi düşünülür.
Qeyd edək ki, 23 min 800 dollar zəmanətlə azadlığa buraxılan iranlılar artıq pasportlarını məhkəməyə təhvil veriblər. Bu şəxslər ötən ay Mombasada həbs ediliblər. Onlara qarşı 15 kq partlayıcı maddə qaçaqmalçılığı ittihamı irəli sürülüb. Ancaq müttəhimlər ittihamları rədd edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR