Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşıma 8%, sərnişindaşıma isə 9% artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşıma 8%, sərnişindaşıma isə 9% artıb
# 25 avqust 2012 11:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 64 mln. ton yük və 770,5 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil nəqliyyatı ilə yük daşımaları 7,6%, sərnişin daşımaları isə 8,8% artıb: «Sərnişinlərin 96,3%-i avtobus, 3,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib».

Hesabat dövründə yük dövriyyəsi 7,7%, sərnişin dövriyyəsi isə 9,8% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR