Bakıda məhkəmə binasına bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub

Bakıda məhkəmə binasına bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub
# 23 oktyabr 2012 09:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda məhkəmə binasına bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də Xəzər rayon məhkəməsinə bomba qoyulması barədə bilərəkdən yalan məlumatı verən Lənkəran rayon sakini Əlihüseyn Quliyev tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR