Daşkəsən sakini həmyerlilərini silahla hədələyib

Daşkəsən sakini həmyerlilərini silahla hədələyib
# 18 oktyabr 2012 09:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Daşkəsən rayonunda insident olub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qaratağlar kəndində qeydə alınıb. Kənd sakini Razəddin Mustafayev sərxoş halda xuliqanlıq zəminində həmkəndlisi Zəki Hüseynovu və onun ailə üzvlərini təhqir edib və özündə olan ov tüfəngindən 4 dəfə havaya atəş açaraq onları öldürəcəyi ilə hədələyib.

R.Mustafayev Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Ondan 1 ədəd ov tüfəngi götürülüb. Araşdırmalar zamanı R.Mustafayevin həmin gün Qaratağlar kəndində yaşayan bacısı Raziyyənin evindən 6500 manat pul oğurlaması da müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR