Raul Meyreleş: “Azərbaycan yığması bizi dayandırmağa çalışdı”

Raul Meyreleş: “Azərbaycan yığması bizi dayandırmağa çalışdı”
# 13 sentyabr 2012 14:11 (UTC +04:00)
Bakı – APA. “Fənərbaxçan”ı məni çox təkidlə istəməsinə görə seçdim. İstanbulda azarkeşlər tərəfindən böyük sevinclə qarşılananda, yanılmadığımı anladım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya yığmasının yarımmüdafiəçisi Raul Meyreleş deyib.

DÇ-2014-ün seçmə mərhələsində yığmamıza 3:0 hesabı ilə qalib gəldikləri matç barədə danışan Meyreleş bildirib ki, bu oyunda onlara qələbə qazanmaq çətin olmayıb: “Azərbaycan yığması bizi dayandırmağa çalışdı, amma biz asan qələbə qazandıq. Ən önəmlisi odur ki, Rusiya ilə qarşılaşma öncəsi 6 xal qazandıq. Bu qrupun favoritləri Portuqaliya və Rusiyadır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR