Polis orqanlarında vakant olan vəzifələrə xidmətə qəbulla əlaqədar müsabiqə elan olunub

Polis orqanlarında vakant olan vəzifələrə xidmətə qəbulla əlaqədar müsabiqə elan olunub
# 09 oktyabr 2012 15:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, post-patrul və yol-patrul xidmətlərində 332 vakant vəzifəni tutmaq məqsədilə keçirilən müsabiqə iki mərhələdən - test imtahanları və müsahibədən ibarətdir. Müsabiqədə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən (qadınlar üçün 170 santimetrdən) yuxarı olan, düzgün bədən quruluşlu və idman cüssəli, tam orta və ya orta ixtisas və ya ali təhsilli (YPX inspektoru vəzifələrinə isə avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, sürücülük vəsiqəsi olan) və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə zamanı kompüterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük verilir. Müsabiqədə iştirak etmək arzusu olan, şərtlərə uyğun gələn, habelə vakant vəzifələrə müsabiqə elan olunmuş orqanların yerləşdiyi və ya ona qonşu ərazilərdə qeydiyyatda olan şəxslər həmin polis orqanına ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında sənədin əslini, hərbi bileti (kişilər üçün) və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər:
Müsabiqədə iştirak edən şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır. Fiziki hazırlıq üzrə ödəniləcək normativlər, test imtahanının keçirilməsi barədə məlumatlar, DİN-in www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilib. Müsabiqədə iştirak etmək üçün sənədlər 2012-ci il oktyabr ayının 10-dan noyabr ayının 10-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10-dan 17-dək vakant vəzifələrə müsabiqə elan olunmuş polis orqanlarında qəbul edilir. Əlavə məlumat almaq istəyənlər (012) 590-92-21, 590-91-47 və 590-98-55 nömrəli şəhər telefonları vasitəsilə DİN-in Baş Kadrlar İdarəsi ilə əlaqə saxlaya bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR