Rusiya xarici işlər nazirinin müavini: “İrana qarşı birtərəfli sanksiyaların tətbiqi “altılıq” ölkələrinin həmrəy olması üçün maneədir”

Rusiya xarici işlər nazirinin müavini: “İrana qarşı birtərəfli sanksiyaların tətbiqi “altılıq” ölkələrinin həmrəy olması üçün maneədir”
# 19 sentyabr 2012 03:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İrana qarşı birtərəfli sanksiyalar Tehranla “altılıq” ölkələri arasında keçiriləcək nüvə müzakirələri prosesini şübhə altında qoyur”. APA-nın “Press TV”yə istinadən məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib. Onun sözlərinə görə, İrana qarşı yeni sanksiyaların tətbiqi üçün heç bir əsas yoxdur: “İrana qarşı birtərəfli sanksiyaların tətbiqi “altılıq” ölkələrinin həmrəy olması üçün maneədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR