Türkiyə nümayəndə heyəti Ağdamda səfərdə olub

Türkiyə nümayəndə heyəti Ağdamda səfərdə olub
# 25 sentyabr 2012 13:34 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Azərbaycanda keçirilən “Türkiyə həftəsi” çərçivəsində ölkəyə gələn Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırma Mərkəzinin, Türkiyə universitetlərinin və ictimaiyyətinin bir qrup nümayəndəsi Ağdam rayonunda olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, qonaqlar rayon sakinləri ilə görüşüblər. Onlara Ağdam rayonu, onun tarixi və müharibənin törətdiyi fəsadlar haqda məlumat verilib.

Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov Türkiyə nümayəndə heyətini qəbul edib. Türkiyə parlamentinin Ankaradan olan üzvü Tülay Salamoğlu bildirib ki, Türkiyə həmişə olduğu kimi, bundan sonra da qardaş Azərbaycanın yanında olacaq, onun haqq səsinin dünyaya çatdırılmasında əlindən gələni əsirgəməyəcək.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun sözlərinə görə, indi bəzi beynəlxalq təşkilatlar belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya əhali işğal faktını unudub və doğma torpaqlarına qayıtmaq istəmir: “Əslində isə Qarabağ bölgəsində səfərdə olan bütün xarici qonaqlar yerli sakinlərin əzmkarlığına və vətənpərvərliyinə, müharibə şəraitində qurub yaratmaq həvəsinə heyran qalırlar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR