«Nabucco» layihəsi «Şahdəniz» tərəfdaşlarına layihədə pay alması ilə bağlı son təkliflərini Azərbaycana təqdim edəcək

«Nabucco» layihəsi «Şahdəniz» tərəfdaşlarına layihədə pay alması ilə bağlı son təkliflərini Azərbaycana təqdim edəcək
# 09 oktyabr 2012 14:43 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, həmin layihədə nə qədər pay alınacağı dəqiqləşdirilməyib.

Bununla yanaşı R.Abdullayev bildirib ki, «Şahdəniz» tərəfdaşlarının «Nabucco»nun alternativi olan TAP layihəsindəki payı 50%-dən çox olacaq.

Bundan başqa, R.Abdullayev qeyd edib ki, 2012-ci ildə neft hasilatının azalması BP şirkətinin «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda həyata keçirdiyi təhlükəsizlik tədbirləri və bununla əlaqədar olaraq yeni quyuların qazılmasının dayandırılması ilə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR