Yaponiya səfiri Sabirabadda xəstəxana açılışında iştirak edib
14 sentyabr 2012 15:04 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı – APA. “İrəli” İctimai Birliyinin təşəbbüsü və Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Sabirabadın Qəzli kəndində əsaslı təmirdən sonra xəstəxananın açılışı olub. APA-nın xəbərinə görə, açılış mərasimində Milli Məclisin üzvü Ceyhun Osmanlı, Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov iştirak edib.
Qəzli kənd xəstəxanası əhalisi 12 min nəfərdən artıq olan 5 kəndə - Qəzli, Quruzma, Qaraqaşlı, Yenikənd və Kovlar kəndlərinin əhalisinə xidmət göstərəcək. Xəstəxanada müasir tibbi standartlara cavab verən avadanlıqlar və 15 çarpayı var. Xəstəxananın xidmətindən Hacıqabul rayonunun yaxın kəndləri də istifadə edəcək.

Sosial
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Elbrus İsaqovun qalıqları Biləsuvarda dəfn olunub - FOTO
15:40
22 may 2024