Təbriz Azad Universitetinin tələbəsi həbs olunub

Təbriz Azad Universitetinin tələbəsi həbs olunub
# 06 oktyabr 2012 00:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Təbriz Azad Universitetinin tələbəsi Behruz Fəridi həbs olunub. APA-nın məlumatına görə, azərbaycanlı fəal barəsində çıxarılmış birillik həbs cəzasını çəkmək üçün Təbriz mərkəzi həbsxanasının karantin bölümünə salınıb.
Qeyd edək ki, Behruz Fəridi 2011-ci il noyabrın 3-də öz həyat yoldaşı Leyla Behruz və tələbə fəallar Arəş və Siyavuş Məhəmmədi ilə birlikdə həbs olunub. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinə aparılan azərbaycanlı fəal 2012-ci il yanvarın 7-də 40 milyon tümən mülk girovu qarşılığında Təbriz zindanından azadlığa buraxılıb. Daha sonra Təbriz İnqilab Məhkəməsinin qərarı ilə Behruz Fəridi bir il azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR