UEFA Azərbaycan klublarına maliyyə yardımı edib

UEFA Azərbaycan klublarına maliyyə yardımı edib
# 13 sentyabr 2012 13:49 (UTC +04:00)
Bakı – APA. UEFA Azərbaycan klublarına maddi yardım edib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu AVRO-2012-dən əldə edilən qazancdan yarışda təmsil olunan klublar arasında bölüb.

Bizim klublar da UEFA-nın diqqətindən kənarda qalmayıblar. Belə ki, yığmamızın AVRO-2012-dəki 10 seçmə oyununda iştirak edən futbolçuların oyun sayına əsasən, onların klublarına pul verilib. “Kəpəz” istisna olmaqla, çempionatımızda iştirak edən digər komandaların hamısına pay çatıb.

UEFA-nın ayırdığı mükafatdan Azərbaycan Premyer Liqasında yarışan klubların arasında ən çox qazanan “Qarabağ” olub – 293501 avro. “Rəvan” isə hamıdan az qazanıb - 6988 avro.

Digər komandalarımızdan “Neftçi” 190776, “Xəzər Lənkəran” 153739, “İnter” 128232, “Bakı “ 127883, “Qəbələ” 113208, AZAL 67086, “Turan” 25157, “Sumqayıt” 16771, “Simurq” 13627 avro əldə edib.

UEFA-nın payından ən çox qazan isə “Bavariya” (3095393), “Real” (2996585) “Barselona” (2210202), “Mançester Siti” (2069465) və “Yuventus” (2023012) olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR