Azad Qarabağ Uğrunda Alyans Müdafiə Nazirliyi qarşısına təyin olunan aksiyanı təxirə salıb

Azad Qarabağ Uğrunda Alyans Müdafiə Nazirliyi qarşısına təyin olunan aksiyanı təxirə salıb
# 10 oktyabr 2012 11:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azad Qarabağ Uğrunda Alyansın Ali Şurasının ilk iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda Ermənistanın işğal faktının aradan qaldırılmasının yolları, Xankəndidə separatçı ermənilər tərəfindən hava limanının istifadəyə verilməsi, adı çəkilən hava limanının və oradan istifadə edəcək təyyarələrin vurulması tələbi ilə Müdafiə Nazirliyinin qarşısında aksiyanın keçirilməsi məsələsi, işğal altında olan ərazilərin azad edilməsi istiqamətində başlanacaq hərbi əməliyyatlar zamanı Türkiyənin tutmalı olduğu mövqe və digər məsələlər müzakirə edilib.

İclasda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və digər qurum üzvləri çıxış ediblər. A.Nağı deyib ki, son 20 ildə Ermənistanın və ona dayaq olan ölkələrin mövqeyi hərbi əməliyyatları qaçılmaz edib.
Toplantıda bildirilib ki, milli və dövlətçilik mövqeyində duran ictimai təşkilatlar ermənilərlə aparılan xalq diplomatiyasının qarşısının alınmasında fəallıq nümayiş etdirməlidirlər. Yığıncaqda alyansın Müdafiə Nazirliyinin binası qarşısında bu gün keçirilməsi nəzərdə tutulan aksiyası məsələsi də müzakirə edilib və qurum üzvləri bu tədbirin başqa vaxta keçirilməsi qənaətinə gəliblər. Buna baxmayaraq, Ali Şura Azərbaycan Silahlı Qüvvələrini bu məsələdə konkret addımlar atmağa çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR