Venesuelada iğtişaşları maliyyələşdirmə ittihamı ilə ABŞ vətəndaşı həbs olunub

Venesuelada iğtişaşları maliyyələşdirmə ittihamı ilə ABŞ vətəndaşı həbs olunub
# 26 aprel 2013 03:52 (UTC +04:00)

Bakı-APA. Venesuelada cəsusluqda təqsirkar bilinən ABŞ vətəndaşı həbs olunub.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Venesuelanın daxili işlər naziri Migel Rodriqes Torres açıqlamasında bildirib ki, saxlanılan şəxs prezident seçkilərindən sonra tələbələrin etiraz aksiyalarını maliyyələşdirib.

Nazir qeyd edib ki, ABŞ vətəndaşı Timoti Treysi bu yolla ölkədə vətəndaş müharibəsinə gətirə biləcək gərginlik yaratmağa çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR