Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 02 noyabr 2015 10:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Ötən iki gün ərzində Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində 30-70 sm intervalında azalma qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-110, Kiçik Qafqazın çaylarında 150-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 150-350 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 180 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 137 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 244 m3/s olmaqla, ongünlük normanın 289 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 73 m3/s təşkil edərək ongünlük normanın 87 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 34, Şirvanda 46, Salyanda 30, Araz çayının Novruzlu məntəqəsində 27 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 504 sm (2014-cü il noyabrın 02-də 282 sm), Şirvanda 341 sm (2014-cü il noyabrın 02-də 109 sm), Salyanda 287 sm (2014-cü il noyabrın 02-də 58 sm), Bankədə 225 sm (2014-cü il noyabrın 02-də 155 sm), Araz çayının Novruzlu məntəqəsində isə 227 sm (2014-cü il noyabrın 02-də 22 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR