Azərbaycan təbii qaz ixracını azaldıb

Azərbaycan təbii qaz ixracını azaldıb
# 17 noyabr 2014 12:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi neft və neft məhsulları, təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatı açıqlayıb.

APA-Economics”in DGK-nın hesabatına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında dəyəri 16 295 000,70 min ABŞ dolları olan 20 268 046,10 həcmində min ton xam neft göndərilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,13%, dəyər baxımından isə 3,38% azdır.

Qeyd edilən müddət ərzində Azərbaycan 1 183 814,13 min dollar dəyərində 1 737 988,67 min ton neft məhsulları ixrac edilib. Bu, ötən ilin müvafiq 10 ərzimdə müqayisədə həcm baxımdan 31%, dəyər baxımından isə 20,4% çoxdur.

Bu ilin 10 ayı ərzində ümumi dəyəri 257 063,68 min dollar olan 1 530 877,86 min kubmetr təbii qaz ötürülüb. Bu, dəyər baxımdan 57%, həcm baxımından isə 40% azdır.

Həmçinin, bu ilin yanvar-oktyabr aylarında ölkədən 19,3% çox və ya 25 537,40 min dollar dəyərində, həmçinin 3,84% az və ya 497 997,01 min kVt/s elektrik enerjisi göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR