Azərbaycanda dövlət təşkilatlarına satınalmaların müsabiqə yolu ilə aparılması tövsiyə olunub

Azərbaycanda dövlət təşkilatlarına satınalmaların müsabiqə yolu ilə aparılması tövsiyə olunub
# 04 aprel 2013 12:11 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il Azərbaycanda Satınalmalar üzrə Dövlət Agentliyinə (SDA) dövlət satınalmaları üzrə tenderlərin təşkili və keçirilməsi ilə əlaqədar iddiaçılar tərəfindən 35 şikayət məktubu daxil olub.

SDA-dən «APA-Economics»ə verilən məlumata görə, şikayətlər əsasən tender proseduralarının təşkili və keçirilməsi ilə bağlı olub. Qaldırılan məsələlər Dövlət Agentliyi tərəfindən araşdırılıb, müsabiqələrin obyektiv şəraitdə aparılması və nöqsanların aradan qaldırılması üçün satınalan təşkilatlara müvafiq tövsiyələr verilib və lazımi metodiki köməkliklər göstərilib: «Şikayətçilər isə araşdırmaların nəticələri barədə məlumatlandırılıb».

Dövlət satınalmalarında korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması və ədalətli rəqabətin təmin edilməsi məqsədilə SDA öz səlahiyyətləri çərçivəsində 2012-ci ildə satınalmaların birbaşa müqavilələr (159 sayda) əsasında həyata keçirilməsi barədə satınalan təşkilatların müraciətlərinə cavab olaraq həmin satınalmaların müsabiqə əsasında aparılmasını tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR