Bank Of Baku

“Fey” qasırğası ABŞ ərazisinə bu gecə daxil olacaq

“Fey” qasırğası ABŞ ərazisinə bu gecə daxil olacaq
# 18 avqust 2008 10:55 (UTC +04:00)
Florida-APA. “Fey” tropik qasırğasının yaxınlaşması səbəbilə turistlər və Florida Kiz adalarının sakinləri ştatı tərk etməyə başlayıblar. APA-nın məlumatına görə, yerli hakimiyyət orqanları ən azı 25 min insanın daha təhlükəsiz ərazilərə köçürülməsini planlaşdırır. Hazırda ştatın mərkəzi hissəsinə doğru gedən yollarda tıxaclar yaranıb. Ştatın xilasetmə xidməti insanların təbii fəlakətdən qorunması üçün bir neçə müvəqqəti sığınacaq hazırlayıb. “Fey” qasırğasının ştatın ərazisinə bu gecə daxil olacağı gözlənilir. Hazırda siklonun episentri Ki Uestdən 435 kilometr cənub-şərqdədir. Qasırğanın Qərbə doğru 24 km/saat sürətlə hərəkət etdiyi bildirilir, küləyin sürəti isə 85 km/saatdır. Qeyd edək ki, həftə sonu “Fey” qasırğasının əmələ gətirdiyi daşqınlar Dominikan Respublikası və Haitidə 5 nəfərin ölümünə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR