Bank Of Baku

“Qustav” qasırğasının yaxınlaşması səbəbilə ABŞ-da 2 milyon nəfər evakuasiya olunub

“Qustav” qasırğasının yaxınlaşması səbəbilə ABŞ-da 2 milyon nəfər evakuasiya olunub
# 01 sentyabr 2008 07:51 (UTC +04:00)
Təkcə 327 min nəfər əhalisi olan Yeni Orlean şəhərindən 317 min nəfər başqa şəhərlərə evakuasiya edilib.
Qasırğanın əsasən zərbəsinin Luiziana, Missisipi, Texas və Alabama ştatlarına dəyəcəyi gözlənilir. “Qustav” qasırğasının ABŞ sahillərinə yerli vaxtla bu gün günortadan sonra çatacağı proqnozlaşdırılır. 185 kilometr / saat sürətlə hərəkət edən qasırğa Yeni Orlean şəhərinin yaxınlığından keçərək Texas ştatı ərazisinə daxil olacaq. Üçüncü kateqoriya təhlükəlilik dərəcəsi verilən qasırğanın diametri 160 kilometrdir. Təbii fəlakətlə bağlı Yeni Orlean şəhərində komendant saatı elan edilib. Boşalmış evlərin soyğunlardan qorunması üçün şəhərə əlavə polis qüvvələri gətirilib. Yeni Orleanın meri bildirib ki, boşalmış evlərdə soyğunçuluq etməyə çalışan istənilən kəs dərhal həbsxanaya göndəriləcək.
ABŞ prezidenti Corc Buş gözlənilən qasırğa ilə əlaqədar Respublikaçılar Partiyasının qurultayındakı çıxışını təxirə salıb. Rançosunu tərk edərək Texasa gedən Corc Buş əhaliyə müraciət edərək bildirib ki, həyatlarını təhlükə altına qoymayaraq təhlükə zonasını könüllü tərk etsinlər. ABŞ prezidenti Ostində yerləşən Fövqəladə Hallar Əməliyyat Mərkəzindən qasırğanın nəticələrini izləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR