İranın Ali Rəhbəri Müctəba Xamenei əvvəlcə ABŞ ilə danışıqlara və razılaşmaya qarşı olduğunu bildirib, lakin prezident Məsud Pezeşkian onu razı salıb.
APA xəbər verir ki, bu barədə Xameneinin xalqa müraciətində bildirilir.
"Şəxsən mən prinsipcə fərqli bir fikirdə idim. Lakin hörmətli prezidentin Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri kimi mənə öz adından və şuranın digər üzvləri adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının qorunması üçün verdiyi zəmanətləri, eləcə də bunun üçün məsuliyyət daşımağa hazır olduğunu nəzərə alaraq, razılığımı verdim", - Xamenei bildirib.