Bank Of Baku

Dünyada proseslərin gedişinə ən çox nüfuz edən şəxslərin reytinq cədvəli açıqlanıb

Dünyada proseslərin gedişinə ən çox nüfuz edən şəxslərin reytinq cədvəli açıqlanıb
# 03 sentyabr 2008 09:22 (UTC +04:00)
Moskva-APA. Vanity Fair jurnalı dünyada proseslərin gedişinə ən çox nüfuz edən şəxslərin reytinq cədvəlini açıqlayıb. APA-nın məlumatına görə, siyahıya Rusiyanın baş naziri Vladimir Putin rəhbərlik edir. Birinci yerin Putinə verilməsi Rusiyanın külli miqdarda enerji resurslarına sahib olması ilə əlaqədardır. Siyahıda sonrakı yerləri mediamaqnat Rupert Merdok, Google axtarış sisteminin təsisçiləri, “Apple Computer, İnc” şirkətinin təsisçisi və icraçı direktoru Stiv Cobs, dünyanın ən varlı şəxsi olan Uorren Baffet bölüşdürür. “Çelsi” futbol klubunun sahibi Roan Abramoviç bu siyahıda səkkizinci yerdədir. Rusiya prezidenti Dmitri Medvedevin adı siyahıya ümumiyyətlə daxil edilməyib.

Qeyd edək ki, ötən il açıqlanan siyahıda Roman Abramoviş 30-cu sırada olub, Putinin adı isə siyahıya ümumiyyətlə daxil edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR