Bank Of Baku

ABŞ İraqdakı qoşunların bir hissəsini Əfqanıstana göndərmək barədə qərar qəbul edib

ABŞ İraqdakı qoşunların bir hissəsini Əfqanıstana göndərmək barədə qərar qəbul edib
# 09 sentyabr 2008 08:22 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ gələn ilin fevral ayına kimi İraqdan 8 min hərbçisini çıxaracaq. APA-nın məlumatına görə, ABŞ prezidenti Corc Buş bildirib ki, noyabr ayında İraqın Anbar vilayətində dislokasiya olunmuş ABŞ dəniz piyadalarının ölkədən çıxarılması planlaşdırılır: “Əgər hərbi komandanlıq məqbul hesab etsə, biz gələn il İraqdakı qoşunlarımızın daha bir hissəsini çıxarmağı nəzərdə tuturuq. İraqda stabillik hələ çox kövrəkdir. Bununla belə İraq hərbi qüvvələrinin qüdrəti hər gün artmaqdadır. Nəticədə biz İraqdakı ABŞ qoşunlarının sayını ixtisar etmək imkanı qazanmışıq”. Corc Buş İraqdan çıxarılan hərbi kontingentin Əfqanıstan ərazisinə yerləşdiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR