ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Livan məsələsini həll etməyə çalışdığını və “Hizbullah” hərəkatı ilə danışmalı olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu barədə G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
“Livan məsələsini həll edə biləcəyimizə baxmaq istəyirik. Görünür ki, bu məsələ heç vaxt bitmir. Bu, İran məsələsinin kiçik versiyasıdır. Və çətin olmamalıdır. Biz “Hizbullah”la kiçik bir söhbət etməliyik”, - deyə ABŞ lideri bildirib.