Bank Of Baku

ABŞ Gürcüstana silah satışına embarqo qoyulması ilə bağlı Rusiyanın təklifini dəstəkləməyib

ABŞ Gürcüstana silah satışına embarqo qoyulması ilə bağlı Rusiyanın təklifini dəstəkləməyib
# 10 sentyabr 2008 09:00 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ Gürcüstana silah satışına embarqo qoyulmasına dair Rusiyanın təklifini dəstəkləməyib. APA-nın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Təhlükəsizlik Şurasına müvafiq qətnamə təqdim etsə də, ABŞ-ın sənədə veto qoyacağını düşündüklərini söyləyib. ABŞ-ın BMT-dəki nümayəndəliyinin təmsilçisi Ben Çanq isə Moskvanın təşəbbüsünü beynəlxalq ictimaiyyətin diqqətini öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmaqla bağlı öhdəliyindən yayındırmaq cəhdi kimi qiymətləndirib.

Qeyd edək ki, yaxın günlərdə Pentaqon Gürcüstan ordusunun bərpasında nələrə ehtiyac duyulduğunu öyrənmək üçün Gürcüstana xüsusi missiya göndərəcək. “Gürcüstanın suveren ölkə kimi özünü müdafiə etmək və düşmənin yeni hücumunun qarşısını almaq imkanı olmalıdır”, deyə ABŞ müdafiə nazirinin müavini Erik Edelman bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR