Bank Of Baku

ABŞ-da 11 sentyabr hadisələrinə həsr olunmuş memorial abidə kompleksi layihəsinin təqdimatı olub

ABŞ-da 11 sentyabr hadisələrinə həsr olunmuş memorial abidə kompleksi layihəsinin təqdimatı olub
# 10 sentyabr 2008 09:00 (UTC +04:00)
APA-nın məlumatına görə, terror hücumu zamanı yerlə-yeksan olmuş Ümumdünya Ticarət Mərkəzinin yerində ucaldılacaq kompleksin layihə müəllifi arxitektor Kreyq Daykersdir. Memorial bərpa olunmuş binanın mərkəzi hissəsində ucaldılacaq. Üçmərtəbəli ellips formasında olan kompleks göydələnlər və Azadlıq abidəsinin fonunda yaradılacaq. Kreyq Daykers memorial abidənin dizaynının keçmişlə gələcək, tarixin faciəvi səhifələri ilə intibah optimizmi arasında əlaqəni simvolizə edəcəyini bildirib. Kompleks iki şəlalə və 400 ağacdan ibarət bağla əhatə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR