Bank Of Baku

ABŞ-da törədilmiş 11 sentyabr hadisələrindən 7 il ötür

ABŞ-da törədilmiş 11 sentyabr hadisələrindən  7 il ötür
# 11 sentyabr 2008 07:57 (UTC +04:00)
Dünyada siyasi proseslərin gedişini son dərəcə sürətləndirən 11 sentyabr hadisələri ABŞ-ın Əfqanıstanda Taliban rejimini, İraqda isə Səddam Hüseyn diktaturasını devirməsi ilə nəticələnib. Bu gün Nyu-Yorkun bütün kilsələrində Bakı vaxtı ilə 17.48-də 11 sentyabr hadisələrinin qurbanlarının anım mərasimi keçiriləcək. Onların ruhunu yad etmək üçün bütün kilsələrdə zənglər çalınacaq, terror qurbanlarının ruhuna dualar oxunacaq. ABŞ prezidentliyinə namizədlər Barak Obama və Con Makkeyn anım mərasimlərində bir yerdə, əl-ələ tutaraq iştirak edəcəklər. Faciənin baş verdiyi yerdə ənənəyə uyğun olaraq terror aktı zamanı həlak olmuş ABŞ vətəndaşlarının adları bir-bir oxunacaq. Qeyd edək ki, Ümumdünya Ticarət Mərkəzinə havadan endirilən zərbələr nəticəsində minlərlə ABŞ vətəndaşı ilə yanaşı dünyanın 86 ölkəsindən 800-dən artıq xarici vətəndaş həlak olub. İlk dəfə olaraq həmin xarici vətəndaşların adlarını həmin ölkələrdən olan tələbələr oxuyacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR