Bank Of Baku

ABŞ Dövlət Departamenti Rusiyanı separatçı bölgələrdən qoşunlarını çıxarmağa çağırıb

ABŞ Dövlət Departamenti Rusiyanı separatçı bölgələrdən qoşunlarını çıxarmağa çağırıb
# 11 sentyabr 2008 08:10 (UTC +04:00)
Vaşinqton-APA. Corc Buş administrasiyası Rusiyadan atəşkəs haqqında sazişə əməl etməyə və Cənubi Osetiya ilə Abxaziyadan qoşunlarını çıxarmağa çağırıb. APA-nın məlumatına görə, administrasiya həmçinin Gürcüstana humanitar yardımların çatdırılmasına mane olunmasını yolverilməz sayıb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak bildirib ki, Rusiyanın Cənubi Osetiya və Abxaziyada əlavə qoşun saxlamaq qərarı atəşkəs haqqında sazişin pozulması deməkdir: “İmzalanan sazişə əsasən, Rusiya qoşunları avqustun 6-na kimi olduqları mövqelərə qayıtmalıdır. Bölgəyə əlavə qoşunların dislokasiyası sazişin pozulması deməkdir. Rusiyanın bu bölgələrdə 7600 hərbçi saxlamaq qərarı sazişlə ziddiyyət təşkil edir. Biz Rusiyadan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edirik”. Qeyd edək ki, hərbi əməliyyatlardan əvvəl Cənubi Osetiya ərazisində 588 Rusiya sülhməramlısı olub. Rusiyanın müdafiə naziri Anatoli Serdyukov srağagün keçirdiyi mətbuat konfransında Abxaziya və Cənubi Osetiyada dislokasiya olunacaq hərbçilərin sayının 13 dəfə artırılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR