Bank Of Baku

ABŞ-da sərnişin və yük qatarları toqquşub, ölənlər var

ABŞ-da sərnişin və yük qatarları toqquşub, ölənlər var
# 13 sentyabr 2008 09:10 (UTC +04:00)
Los-Anceles – APA. ABŞ-ın Çetsuort şəhəri yaxınlığındakı San-Fernando vadisində sərnişin və yük qatarları toqquşub. APA-nın ABŞ xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Los-Ancelesə yaxın ərazidə baş vermiş qəza zamanı 6 vaqon relsdən çıxıb. İlkin informasiyalara əsasən 6 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Los-Ancelesin Yanğından Mühafizə Departamentinin nümayəndəsi çoxlu sayda insanın zərər çəkdiyinə əmin olduğunu bildirib. Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər çalışır. Xilasetmə əməliyyatına 10-dan çox vertolyot və xeyli təcili yardım maşını cəlb edilib. İlk olaraq ağır vəziyyətdə olan yaralılar seçilərək xəstəxanalara göndərilib.

Qeyd edək ki, insident cümə günü axşam saatlarında – insanlar işdən şəhər kənarındakı evlərinə dönərkən baş verib. Qəza zamanı sərnişin qatarında 400-ə yaxın adam olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR