Bank Of Baku

DÇ-2026: Niderland- Yaponiya 2:2

DÇ-2026: Niderland- Yaponiya 2:2
# 15 iyun 2026 01:59 (UTC +04:00)

DÇ-2026-da F qrupunun ilk tur oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, qrupun ilk matçında Niderland və Yaponiya yığmaları üz-üzə gəliblər.

Oyunun ilk hissəsində qapılara qol vurulmayıb.

Niderland millisi ikinci hissəyə qolla başlayıb. Qravenberxin ötürməsindən sonra kapitan Van Dayk başla dəqiq oynayıb: 1:0.

Yaponlar çox keçmədən bərabərlik qolunu vurmağı bacarıb. Buraxılan qoldan cəmi 6 dəqiqə sonra Nakamura hesabı bərabərləşdirib: 1:1.

Buna baxmayaraq Niderland yenidən önə keçib. Sammervil 64-cü dəqiqədə hesabı hollandların xeyrinə dəyişib: 2:1.

Təslim olmayan Yaponiya 89-cu dəqiqədə ikinci dəfə tarazlığı bərpa edib. Oqava topu başla qapıdan keçirib: 2:2.

Görüş bu hesabla başa çatıb.

DÇ-2026
F qrupu
14 iyun
00:00. Niderland - Yaponiya 2:2

Qol: V. Van Dayk, 51, Nakamura, 57, Sammervil, 64, Oqava, 89

Niderland:
Verbrüggen, Dumfris, van Hekke, van Deyk, van de Ven, Qravenberx, de Yonq, Reynders, Sammervil, Malen, Qakpo.

Yaponiya:
Suzuki, İto, Taniquçi, Vatanabe, Nakamura, Sano, Kamada, Doan, Maeda, Kubo, Ueda.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR