Bank Of Baku

ABŞ-ın sabiq dövlət katibləri İranla dialoq aparılması çağırışı ilə çıxış ediblər

ABŞ-ın sabiq dövlət katibləri İranla dialoq aparılması çağırışı ilə çıxış ediblər
# 16 sentyabr 2008 08:02 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-ın sabiq dövlət katibləri Kolin Pauell, Madlen Olbrayt, Uorren Kristofer, Ceyms Beyker və Henri Kissincer İranla dialoq aparılması çağırışı ilə çıxış ediblər. APA-nın ABŞ xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 5 keçmiş dövlət katibi İranın nüvə proqramı ilə bağlı problemin həlli üçün ən yaxşı yolun dialoq olduğunu, ölkədə seçkidən sonra formalaşacaq yeni hökumətin məhz bu mövqedən çıxış etməsini istədiklərini bildiriblər. Bill Klintonun prezidentliyi dövründə xarici siyasət idarəsinin başçısı olmuş Uorren Kristofer hərbi variantların heç nəyə yaramadığını deyib: “Biz bu yola getməməliyik”. M. Olbrayt da İranla dialoqun vacibliyinə əmindir. K. Pauell isə vəzifədə olduğu ilk vaxtlarda İranla aşağı səviyyəli dialoq aparıldığını və 2003-cü ildə bu əlaqənin kəsildiyini söyləyib: “Mən də həmkarlarımla razıyam və hesab edirəm ki, iranlılarla danışıqlara cəhd etməliyik”. C. Beykerin fikrincə isə Tehranla dialoq həm də İrana konkret mesaj vermək üçün vacibdir: “İran nüvə silahı yaradıb onu ABŞ-a və ya İsrailə doğru tuşlamaq istərsə, ABŞ istənilən zaman öz nüvə arsenalını İrana doğru yönəldə bilər. Bunu konkret ifadə etsək, onlar başa düşər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR