Son 24 saat ərzində ölkənin cənub bölgələrində İsrailin hava hücumları zamanı azı 10 livanlı ölüb, daha 59 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.
APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"2 martda hərbi eskalasiyanın başlanğıcından bəri ölən mülki şəxslərin ümumi sayı 3526-ya çatıb, 10733 nəfər yaralanıb", - məlumatda deyilir.