Bank Of Baku

Minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub

Minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub
# 04 iyun 2026 23:35 (UTC +04:00)

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa çıxıb.

Apasport.az xəbər verir ki, komandamız Ukrayna seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürüb

Millimiz oyuna qolla başlayıb. Mirmehdi Rzayevin qoluyla komandamız hesabda 1:0 önə keçib.

Görüşün son dəqiqələrində risk alan Ukrayna millisi qapıçını ön xətt oyunçusu ilə əvəzləyib. Boşluqdan istifadə edən mini futbolçularımız hesab arasındakı fərqi 2-yə çatdırıb. Oyunda başqa qol olmayıb: 2:0.

Bu nəticəylə minifutbol üzrə milli komandamız dünya çempionluğunun ardınca ikiqat Avropa çempionluğunu da rəsmiləşdirib.

Avropa çempionatı
Final

22:30. Azərbaycan - Ukrayna 2:0

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR