Bank Of Baku

Kondoliza Rays: “Rusiyanın öz mövqeyini Qərb ölkələrinə sırımasına imkan verilməyəcək”

Kondoliza Rays: “Rusiyanın öz mövqeyini Qərb ölkələrinə sırımasına imkan verilməyəcək”
# 19 sentyabr 2008 08:08 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ dövlət katibi Kondoliza Rays Rusiya hakimiyyətinin siyasətinin bu ölkəni beynəlxalq təcridə doğru apardığını və onun dünyadakı mövqelərinin zəiflətdiyini bildirib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, Almaniya Marşall Fondunun Vaşinqton bölməsində ABŞ-Rusiya münasibətləri mövzusunda çıxış edən K. Rays deyib ki, Rusiyanın davranışı onun haqqında daxili siyasətdə avtoritar, xarici siyasətdə isə aqressiv ölkə obrazı yaradır. O bildirib ki, bu cür siyasət nəticəsiz qalacaq və Rusiyanın NATO-nun genişlənməsi, Gürcüstan və Ukraynanın alyansa qəbulu mövzusunda öz mövqeyini Qərb ölkələrinə sırımasına imkan verilməyəcək. Dövlət katibi Rusiyanı Gürcüstana qarşı müharibəyə başlamaqda ittiham etsə də, hərbi əməliyyatların başlamasına görə məsuliyyətin Gürcüstanın üzərinə düşdüyünü də söyləyib. K. Rays Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən tanınmasını vahid və müstəqil Gürcüstanı parçalamaq cəhdi kimi qiymətləndirib və Moskvanı təbii ehtiyatlardan siyasi silah kimi istifadə etməkdə qınayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR