Bank Of Baku

Rusiya Gürcüstanın NATO-ya üzvlüyündən sonra bu ölkəyə hücum edərsə, ABŞ-ın cavab zərbəsi ilə qarşılaşacaq

Rusiya Gürcüstanın NATO-ya üzvlüyündən sonra bu ölkəyə hücum edərsə, ABŞ-ın cavab zərbəsi ilə qarşılaşacaq
# 19 sentyabr 2008 12:33 (UTC +04:00)
Vaşinqton – APA. Rusiya Gürcüstanın NATO-ya üzv olmasından sonra bu ölkəyə hücum edərsə, ABŞ-ın cavab zərbəsi ilə qarşılaşacaq. APA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Robert Geyts Böyük Britaniyanın “Sky News” telekanalına müsahibəsində bəyan edib. O, alyansın 5-ci maddəsində hücuma məruz qalmış müttəfiqin müdafiəsi ilə bağlı öhdəlik olduğunu xatırladıb: “Mən NATO-nu diskussiya klubu yox, birmənalı olaraq hərbi ittifaq hesab edirəm”. Bununla yanaşı, R. Geyts “soyuq müharibə”nin əlamətlərini görmədiyini də söyləyib: “Rusiya Sovet İttifaqı deyil. Onlar yalnız keçmiş rus imperiyasının şöhrətindən nələrisə geri qaytara bilərlər”. ABŞ müdafiə nazirinin fikrincə, uzunmüddətli perspektivdə Rusiyanın Gürcüstan üzərində qələbəsi Pirr qələbəsi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR