Bank Of Baku

ABŞ Konqresi 1932-1933-cü illərdə Ukraynada baş vermiş aclığı soyqırım kimi tanıyıb

ABŞ Konqresi 1932-1933-cü illərdə Ukraynada baş vermiş aclığı soyqırım kimi tanıyıb
# 24 sentyabr 2008 07:17 (UTC +04:00)
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasında qəbul olunan qətnamədə bildirilir ki, “qolodomor”un öyrənilməsi üzrə ABŞ-da 1985-ci ildə yaradılmış komissiya Ukraynadakı aclığın süni şəkildə - qəsdən törədildiyi qənaətinə gəlib: ”Sovet diktatoru Stalin süni yaradılmış aclıqdan kimsənin xilas olmaması və ac insanlara beynəlxalq yardımların qarşısını almaq üçün Ukraynanın sərhədlərini bağlamağı əmr edib”. Konqres Sovet hökumətinin bu cinayətinin pisləyib və faciə barədə həqiqətlərin dünyada yayılmasını istəyib.

Qeyd edək ki, Ukrayna “qolodomor”un tanınması məsələsini BMT Baş Assambleyasının gündəminə daxil etməyə nail olub. Hazırlanan qətnamədə totalitar rejimim yaratdığı aclıq nəticəsində ölən milyonlarla ukraynalının, həmçinin rus, qazax və digər millətlərin nümayəndələrinin xatirəsinin yad etmək təklif olunur. Rusiya qətnamənin əleyhinə olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR