Bank Of Baku

ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd Ceyms Cefri ermənipərəst senatorların etirazı ilə qarşılaşıb

ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd Ceyms Cefri ermənipərəst senatorların etirazı ilə qarşılaşıb
# 26 sentyabr 2008 08:44 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Ceyms Cefri Senatın Xarici Əlaqələr Komitəsində çıxış edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, C. Cefrinin çıxışından sonra ona sual ünvanlayan ermənipərəst senatorlar yenə uydurma “soyqırım” məsələsini gündəmə gətiriblər. Robert Menendez “Türkiyə soyqırımı qəbul edərsə, ABŞ nə etməlidir?” sualına C. Cefri “buna administrasiya qərar verə bilər”, deyə cavab verib. Səfirin 1915-ci il hadisələrindən bəhs edərkən “zorla sürgün edilmə” ifadəsini işlətməsinə etirazını bildirən R. Menendez bu ifadənin daha öncə “etnik təmizləmə” terminindən istifadə edən ABŞ səlahiyyətli şəxslərinin ifadələrinə zidd olduğunu söyləyib. Buna baxmayaraq, C. Cefri “etnik təmizləmə” ifadəsini işlətməyib.

Toplantıya demokratların prezidentliyə keçmiş namizədi, senator Con Kerri sədrlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR