Bank Of Baku

Nobel mükafatı laureatı olan 61 amerikalı Barak Obamanı dəstəkləyib

Nobel mükafatı laureatı olan 61 amerikalı Barak Obamanı dəstəkləyib
# 26 sentyabr 2008 10:14 (UTC +04:00)
Vaşinqton – APA. Nobel mükafatı laureatı olan 61 amerikalı alim prezidentliyə namizəd Barak Obamanı və onun elmin inkişafı ilə bağlı planlarını dəstəkləyib. APA-nın “Nature News” portalına istinadən verdiyi məlumata görə, Amerika xalqına açıq məktub ünvanlayan alimlər Corc Buşun prezidentliyi dövründə ABŞ-ın elm sahəsində dünya liderliyini itirdiyini, Barak Obamanın elm və texnologiya sahəsində ölkənin ənənəvi gücünü bərpa edəcəyinə inandıqlarını bildiriblər.

Qeyd edək ki, indiyədək heç bir prezidentliyə namizəd bu qədər Nobel mükafatı laureatının dəstəyini qazanmayıb. İndiyədək bu sahədə rekord demokratların 2004-cü ildə prezidentliyə namizədi olmuş Con Kerriyə məxsus idi. Onu 48 laureat dəstəkləmişdi. Respublikaçıların namizədi Con Makkeyn hələlik elmlə bağlı planlarını açıqlamayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR