Bank Of Baku

Uorren Baffet bir ayda 8 milyard dollar qazanaraq dünyanın ən varlı şəxsinə çevrilib

Uorren Baffet bir ayda 8 milyard dollar qazanaraq dünyanın ən varlı şəxsinə çevrilib
# 10 oktyabr 2008 14:50 (UTC +04:00)
Vaşinqton-APA. Dünyanın ən varlı şəxsləri siyahısında lider dəyişib. APA-nın məlumatına görə, sərmayəçi Uorren Baffet son bir ay ərzində varidatını 8 milyard dollar artıraraq dünyanın ən varlı şəxsi olub. Baffetin “Berkshire Hathaway” investisiya fondunun səhmlərinin dəyəri bir ayda 16 faiz artıb, bununla da onun varidatı 58 milyard dollara çatıb. Microsoft şirkətinin sahibi Bill Qeyts isə bir ay ərzində 1,5 milyard dollar ziyan edib və hazırda 55,5 milyard dollarlıq varidatla varlı şəxslər siyahısında ikinci yerdədir. Xatırladaq ki, Baffet ilk dəfə mart ayında reytinq cədvəlində ilk pilləyə yüksəlib. Lakin sentyabrda Uorren Baffetin səhmlərinin ucuzlaşması nəticəsində Bill Qeyts yenidən liderliyi geri qaytarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR