Bank Of Baku

Təqaüdçü hüquq firmasını partladıb

Təqaüdçü hüquq firmasını partladıb
# 18 oktyabr 2008 10:55 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın Corciya ştatında 78 yaşlı təqaüdçü Loyd Silvestr Kantrell içərisində partlayıcı maddə olan avtomobili hüquq firmasına çırpıb. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində Kantrell özü ölüb, binada olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İstintaqın ehtimallarına görə, baş vermiş insident terror aktı olmayıb. Təqaüdçü “McCamy, Phillips, Tuggle and Fordham” hüquq firması ilə aralarında yaranmış fikir ayrılığına görə bu addımı atıb. Kantrellin maşınında olan partlayıcıların isə benzin, təbii qaz və propandan ibarət olduğu müəyyənləşib. Təqaüdçü ilə əlbir şəxslərin olmadığı da açıqlanıb.

Partlayışda xəsarət alanlar Dalton şəhərindəki xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisi artıq evə buraxılıb, biri xəstəxanada qalıb, digəri isə Oqasta şəhərindəki Yanıq Mərkəzinə aparılıb.

Kantrellin evində axtarış aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR