Bank Of Baku

31 yaşlı qadın bir dəfəyə 6 uşaq doğub

31 yaşlı qadın bir dəfəyə 6 uşaq doğub
# 27 oktyabr 2008 16:00 (UTC +04:00)
Nyu-York-APA. Amerikada 31 yaşlı qadın bir dəfəyə dünyaya 6 uşaq gətirib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Diqna Kaprio 4 oğlan, 2 qızı Nyu-Yorkdakı “Qora Sinay” Manhetten Tibb Mərkəzində doğub. Körpələrin çəkisi 680 qramdan 900 qramadək olub. Əkizlərə ad qoyulmasa da, həkimlər onları hələlik hərflərlə şərti işarələyiblər – A, B, C, D, E və F.

D. Kaprionun və onun 36 yaşlı həyat yoldaşı Viktorun artıq 7 yaşlı oğlu var. Həkimlərin sözlərinə görə, bir dəfəyə 6 uşağın doğuşu nadir hadisə kimi qiymətləndirilir. Belə hal 4,4 milyonda bir baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR