Bank Of Baku

Barak Obamaya sui-qəsd cəhdinin üstü açılıb

Barak Obamaya sui-qəsd cəhdinin üstü açılıb
# 28 oktyabr 2008 07:47 (UTC +04:00)
Vaşinqton – APA. Oktyabrın 22-də ABŞ-ın Tennesi ştatında həbs olunan Deniel Kovart və Pol Şlesselman adlı irqçilər qanunsuz silah saxlamaq və prezidentliyə namizəd Barak Obamaya qarşı sui-qəsd hazırlamaqda ittiham edilirlər. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu şəxslər avtomobildə tam sürətlə B. Obamaya yaxınlaşıb, ona atəş açmağı və kamikadzelik etməyi düşünürmüşlər. Bundan əvvəl isə onlar Afrika mənşəli amerikalıların oxuduğu məktəblərin birində kütləvi qətl törətmək niyyətində olublar. D. Kovart bu məqsədlə silah əldə edib və babasının tapançasını oğurlayıb. Dostlar Tennesi ştatının Cekson şəhərindəki silah mağazasından daha bir silah oğurlamaq və cinayətləri maliyyələşdirmək üçün qarətlər də planlaşdırıblar.

Qeyd edək ki, 20 yaşlı D. Kovart və 18 yaşlı P. Şlesselman internetdə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR