Bank Of Baku

Antireytinq: Corc Buş ABŞ prezidentləri arasında ən pis dövlət başçısıdır

Antireytinq: Corc Buş ABŞ prezidentləri arasında ən pis dövlət başçısıdır
# 31 oktyabr 2008 13:14 (UTC +04:00)
London-APA. Britaniyanın nüfuzlu “The Times” qəzetinin əməkdaşları ABŞ prezidentlərinin antireytinqini hazırlayıblar. APA-nın məlumatına görə, ölkə tarixinin ən aşağı nüfuza malik prezidentləri siyahısına indiki dövlət başçısı Corc Buş rəhbərlik edir. İraq müharibəsi və ABŞ-dan başlayan ümumdünya maliyyə böhranı Corc Buşun adının ömürlük olaraq ən pis prezidentlər siyahısına daxil edib. Bu siyahıda Corc Buşla yanaşı “Uoterqeyt” qəhrəmanı Riçard Nikson, hindulara qarşı soyqırımın müəllifi Martin Van Byüren və ölkədən vətəndaş müharibəsi törətmiş Ceyms Byükenenin adları da var. 10 nəfərlik antireytinq siyahısında Cənub quldarlarının maraqlarının müdafiəçisi olan Franklin Pirs, Uilyam Harrison, Herbert Quver, Ceyms Abraham Harfild və Millard Filmor da öz fəxri yerlərini tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR