Bank Of Baku

ABŞ-da Ağ Ev və Konqresə seçkilərlə bağlı təbliğat kampaniyasına 5,3 milyard dollar sərf olunub

ABŞ-da Ağ Ev və Konqresə seçkilərlə bağlı təbliğat kampaniyasına 5,3 milyard dollar sərf olunub
# 05 noyabr 2008 07:47 (UTC +04:00)
Vaşinqton-APA. Birləşmiş Ştatlarda başa çatmış prezident seçkiləri və Konqresə seçkilərdə təbliğat kampaniyasına rekord miqdarda vəsait xərclənib. APA-nın məlumatına görə, Barak Obama və Con Makkeynin seçki kampaniyası, 435 yerlik Nümayəndələr Palatasına və Senatda 34 yerə seçilmək uğrunda mübarizə 5,3 milyard dollara başa gəlib. Bununla da bu kampaniya ABŞ tarixinə ən bahalı seçki kampaniyası kimi düşüb. Qeyd edək ki, seçkilərə start verildikdən keçən müddət ərzində prezidentliyə namizədlər Barak Obama və Con Makkeyn birlikdə təqribən 900 milyon dollar seçki ianəsi toplayıblar. Bu, 4 il əvvəlki seçkilərdə toplanmış seçki ianəsindən iki dəfə çoxdur. Barak Obama təxminən 600 milyon, Con Makkeyn isə 238 milyon ianə toplayıb. Obamanın topladığı vəsaitin 39 faizini 200 dollar həcmində ianələr təşkil edib. Makkeynin tərəfdarları isə öz namizədlərinə daha yüksək miqdarda ianə göndərməyə üstünlük veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR