Bank Of Baku

Azər Əmiraslanov: Müasir sığorta sistemi olmadan biznes islahatları yarımçıq qala bilər

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov

© APA | Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov

# 24 iyun 2026 11:07 (UTC +04:00)

Müasir sığorta sistemi olmadan biznes islahatları yarımçıq qala bilər.

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2026) deyib.

O bildirib ki, sığorta bazarının inkişafı ölkənin iqtisadi inkişafına və investisiya mühitinin yaxşılaşmasına birbaşa təsir göstərir.

Komitə sədrinin sözlərinə görə, son illər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, inzibati maneələrin aradan qaldırılması, dövlət müdaxiləsinin və tənzimləyici yükün azaldılması istiqamətində mühüm addımlar atılıb.

Azər Əmiraslanov qeyd edib ki, müasir sığorta sisteminin inkişafı olmadan bu sahədə həyata keçirilən islahatların effektinin tam reallaşması mümkün deyil: "Sığorta sistemi biznes mühitinin yaxşılaşdırılmasının əsas tamamlayıcı elementlərindən biridir".

Komitə sədri qeyd edib ki, iqtisadi artım və sığorta bazarının inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur. Onun sözlərinə görə, iqtisadiyyat inkişaf etdikcə sığorta bazarı da böyüyür, eyni zamanda sığorta sisteminin inkişafı da iqtisadi artıma töhfə verir.

"Sahibkarlar, biznes subyektləri və vətəndaşlar özlərini daha təminatlı hiss etdikdə bu, investisiya fəallığının və iqtisadi inkişafın artmasına şərait yaradır", - o vurğulayıb.

Azər Əmiraslanov əlavə edib ki, sığorta sisteminin əsas məqsədi riskləri tam aradan qaldırmaq deyil, onların effektiv idarə olunmasını təmin etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR