Bank Of Baku

Amerikalı general Barak Obamanı Şərqi Avropada raketdən müdafiə sistemi elementlərinin yerləşdirilməsi planından imtina etməməyə çağırıb

Amerikalı general Barak Obamanı Şərqi Avropada raketdən müdafiə sistemi elementlərinin yerləşdirilməsi planından imtina etməməyə çağırıb
# 13 noyabr 2008 08:09 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-ın Raket Hücumundan Müdafiə Agentliyinin direktoru, general-leytenant Henri Oberinq yeni seçilmiş prezident Barak Obamanı Şərqi Avropada raketdən müdafiə sistemi elementlərinin yerləşdirilməsi planından imtina etməməyə çağırıb. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, H. Oberinq bildirib ki, bu plandan imtina ABŞ-ın regiondakı qüvvələrinin və müttəfiq ölkələrin müdafiəsini, həmçinin ABŞ-ın NATO-dakı rəhbər rolunu zəiflədər. O, Şərqi Avropada raketdən müdafiə sistemi elementlərinin yerləşdirilməsinə dair proqramın bütün materiallarını yeni administrasiyaya təqdim edəcəklərinin açıqlayıb: “Bu proqramın tərtib edildiyi 2000-ci ildən bəri uzun bir yol keçmişik. Elə etməliyik ki, zəhmətimiz hədər getməsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR